Dünya

Prezident yıxılıb əzildi

1 May 2010 10:13
Baxış: 127
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Məlumatı Çinin İnformasiya Nazirliyi yayıb. Məlumata görə, mehmanxanada 62 yaşlı Malta prezidentinin ayağı sürüşüb. Ruijin Hospital klinikasının həkimləri dövlət başçısının bel sütununun zədələndiyini, eləcə də döş qəfəsinin sol hissəsi və belində əzilmə aşkarlayıblar. Qeyd edək ki, Corc Abela EKSPO-2010 universal sərgisinin açılışında iştirak etmək üçün Şanxaydadır.

Bu, 2009-cu ilin aprelindən Maltaya rəhbərlik edən Corc Abelanın son yarım il ərzində xəstəxanaya düşməsi ilə bağlı ilk fakt deyil. Ötən il dekabrın ortalarında dostunun dəfn mərasimində o, huşunu itirmişdi. Prezidentin nümayəndəsi bildirmişdi ki, buna qan təzyiqinin kəskin düşməsi səbəb olub.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.