Dünya

Fransada səyahət üçün karantin qadağaları dəyişdi

27 İyul 2021 11:22
Baxış: 811
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fransa parlamenti bütün tibb işçiləri üçün məcburi vaksinasiya, eyni zamanda ölkə daxilində səyahət zamanı restoranlara gələn qonaqlar üçün üçün xüsusi "sanitar keçid" tələb edən qanun qəbul edib.

Milli.Az avtosfer.az-a istinadən bildirir ki, qanun bütün səhiyyə işçilərinin 15 sentyabr tarixinə qədər vaksinasiyaya başlamalarını tələb edir.

Bütün restoranlara, qatarlara, təyyarələrə giriş üçün də "sanitar keçid" lazımdır.

Əvvəlcə bu qayda bütün yetkinlərə, 30 sentyabrdan başlayaraq 12 yaş və daha yuxarı olan hər kəsə şamil ediləcək.

Keçidi əldə etmək üçün insanlar ya tam peyvənd olunmalarına, ya mənfi nəticəli PCR testinə sahib olmalarına və ya yaxın günlərdə COVID-19-dan sağalmalarına dair sübut təqdim etməlidirlər.

Bu qaydalar ölkədəki koronavirus vəziyyətindən asılı olaraq 15 noyabradək tətbiq oluna bilər

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.