Dünya

Pandemiyadan sonra dünya daha təhlükəli olacaq - Borrell

26 İyul 2021 19:44
0 Şərh     Baxış: 2 023
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropa Birliyinin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Yüksək Nümayəndəsi Josep Borrell COVID-19 pandemiyasından sonra dünyanın daha təhlükəli olacağını deyib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, o, bu barədə bazar ertəsi Santanderdə keçirilən mətbuat konfransında danışıb.

Onun sözlərinə görə, koronavirus beynəlxalq arenadakı bütün parametrləri dəyişdirib. Borrel pandemiyadan sonra dünyanın daha qeyri-bərabər və daha rəqəmsal olacağına inanır: "Gərginliyin və münaqişələrin artması səbəbindən daha təhlükəli bir dünya da olacaq. Bundan əlavə, pandemiyadan sonra dünyada Çin ilə ABŞ arasındakı rəqabət üstünlük təşkil edəcək. Hazırda Avripa İttifaqına pandemiyaya müqavimət göstərmək üçün daha çox səlahiyyət verilməsi ilə bağlı müzakirələr aparılır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.