Dünya

İsrail dövləti Gürcüstanı “qırmızı zona”ya daxil olan ölkələr siyahısına əlavə edib

23 İyul 2021 22:55
0 Şərh     Baxış: 733
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İsrail dövləti Gürcüstanı koronavirus pandemiyası ilə əlaqədar "qırmızı zona" elan olunmuş ölkələr siyahısına daxil edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə İsrailin Gürcüstandakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, iyulun 30-dan Gürcüstan "qırmızı zona" ölkələri sırasına daxil edilir və İsrail vətəndaşlarının bu ölkəyə, eləcə də həmin ölkələrdən İsrailə səfərlərə icazə verilməyəcək.

Səfirlikdən bildirilib ki, bu qərara hər həftə baxılacaq və epidemioloji vəziyyət sabitləşdikdən sonra Gürcüstan həmin siyahıdan çıxarıla bilər.

Qeyd edək ki, Gürcüstanda epidemioloji vəziyyət yenidən pisləşib. Son sutka ərzində ölkədə daha 2460 nəfərdə koronavirus aşkarlanıb, 20 nəfər isə pandemiyanın qurbanı olub.

Bununla da Gürcüstanda indiyədək COVID-19 infeksiyasına yoluxanların sayı 398 min 81-ə, ölənlərin sayı isə 5656-ya çatıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.