Dünya

Türkiyədə daşqının fəsadlar - Kəndlər boşaldılıb - VİDEO - FOTO

22 İyul 2021 14:28
Baxış: 632

Türkiyənin şimal-şərqindəki Rizə vilayətində leysan yağışlar daşqın və sürüşmələrə səbəb olub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində bölgədə 2 kənd təxliyə olunub, yollar bağlanıb.

Rizə valisi Kamal Çeberin sözlərinə görə, 9 nəfər xilas edilib. Gün ərzində yağıntıların davam edəcəyi proqnozlaşdırılır.

Qeyd edək ki, ötən həftdə Rizədə daşqınlar nəticəsində 6 nəfər həlak olmuşdu.

Bundan başqa, daşqınlar Artvin vilayətində fəsadlar törədib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.