Dünya

İranda koronavirusla bağlı vəziyyət pisləşir

15 İyul 2021 21:57
0 Şərh     Baxış: 827
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İranın Sistan-Bəlucistan vilayəti baş prokuroru Mehdi Şəms Abadi bölgədə COVID-19 səbəbindən xəstəxanalarda yer qalmadığı və "morq"ların cəsədlərlə dolu olduğunu bəyan edib.

Bu barədə "Haber Global" "Fars Xəbər Agentliyi"nə istinadən məlumat yayıb.

Lakin bugünlərdə vilayətə səfər edən İranın səhiyyə naziri Səid Nəməki region xəstəxanalarında 450 boş yer olduğunu qeyd edərək, baş prokurorun iddialarını təkzib edib və yayılan məlumatların əhali arasında çaşqınlıq yaratmaq məqsədi daşıdığını vurğulayıb.

Bildirilib ki, dünən adıçəkilən vilayətdə 440 yeni yoluxma və 24 ölüm faktı qeydə alınıb. Bununla da, Sistan-Bəlucistanda pandemiyanın başlanğıcından bəri koronavirus səbəbindən ölənlərin ümumi sayı 1894-ə çatıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.