Dünya

Rus qırıcıları ABŞ bombardmançılarını tutmaq üçün havaya qalxdı

15 İyul 2021 14:14
0 Şərh     Baxış: 1 667
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün ABŞ Hərbi Hava Qüvvələrinə məxsus üç ədəd "B-52H" tipli strateji bombardmançı təyyarə Rusiyanın sərhədlərinə yaxınlaşıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Milli Müdafiə İdarəetmə Mərkəzi məlumat yayıb.

Mərkəzin məlumatına görə, Rusiyanın iki ədəd "MiQ-31" və "Su-35" qırıcı təyyarəsi Berinq dənizi üzərindən Rusiya sərhədlərinə yaxınlaşan bu təyyarələri tutmaq üçün havaya qalxıb. Onlar ABŞ təyyarələrini Berinq dənizi ərazisində müşayiət ediblər.

Qeyd olunur ki, Rusiya sərhədinin pozulması halına yol verilməyib. Amerikaya məxsus bombardmançı təyyarələr Rusiya sərhədindən döndükdən sonra rus qırıcı təyyarələri bazaya qayıdıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.