Dünya

Pakistanda terror aktı - 10 ölü, 39 yaralı

14 İyul 2021 12:24
0 Şərh     Baxış: 1 224
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Pakistanın Hayber-Pahtunhva əyalətində terror aktı törədilib.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, ilkin məlumatlara görə, partlayış nəticəsində 10 nəfər ölüb, 39 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Partlayış tikinti ərazisinə yollanan işçiləri daşıyan avtobusun yolunda baş verib. Həlak olanlar arasında 4 çinli mühəndis də var.

Hazırda faktla bağlı araşdırma aparılır. Hələ ki, heç bir təşkilat terror aktına görə məsuliyyəti öz üzərinə götürməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.