Dünya

Gürcüstanda aksiya keçirən 12 nəfər saxlanılıb

13 İyul 2021 08:08
0 Şərh     Baxış: 686
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gürcüstan patrul polisi hakim "Gürcü Arzusu" partiyasının ofisinin qarşısında inzibati qayda pozuntularına görə 12 nümayişçini saxlayıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.

Baş nazir İrakli Qaribaşvilinin istefasını tələb edən jurnalistlər, müxalifətçilər və onların tərəfdarları əvvəlcə Gürcüstan parlamentinin qarşısına, daha sonra isə sonra hakim partiyanın ofisinin qarşısına toplaşıblar və burada binaya yumurta atıblar.

"Etirazçılar sərbəst toplaşmaq və ifadə azadlığı haqqında qanunun icazə verdiyi həddi aşıblar. Hazırkı mərhələdə polis inzibati qayda pozuntularına görə 12 nəfəri saxlayıb. Mitinqin təşkilatçılarına bir daha xəbərdarlıq edirik ki, şiddətə əl atılmasın və qanuni normalardan kənara çıxılmasın. Əks təqdirdə polis qanuna uyğun hərəkət edəcək", - polisin məlumatında belə deyilir.

Qeyd edək ki, "Gürcü Arzusu" partiyasının ofisi yaxınlığında keçirilən aksiya başa çatıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.