İranda qatar relsdən çıxıb.
Milli.Az APA-ya istinadən bildirir ki, İranın Simnan əyalətində Aradandan Sərxəyə tərəf hərəkət edən yük qatarı relsdən çıxaraq aşıb.
Hadisə nəticəsində 3 nəfər xəsarət alıb. Yaralılardan birinin vəziyyəti ağırdır.
Qatarın relsdən çıxıb aşmasına səbəb kimi texniki nasazlıq göstərilib.
Hazırda yolun açılması istiqamətində işlər görülür.
Milli.Az