İranda yük qatarı aşıb, yaralılar var

8 İyul 2021 17:44

İranda qatar relsdən çıxıb.

Milli.Az APA-ya istinadən bildirir ki, İranın Simnan əyalətində Aradandan Sərxəyə tərəf hərəkət edən yük qatarı relsdən çıxaraq aşıb.

Hadisə nəticəsində 3 nəfər xəsarət alıb. Yaralılardan birinin vəziyyəti ağırdır.

Qatarın relsdən çıxıb aşmasına səbəb kimi texniki nasazlıq göstərilib.

Hazırda yolun açılması istiqamətində işlər görülür.

Milli.Az