Dünya

Hulusi Akar: “Kabil aeroportunda Türkiyənin təhlükəsizliyinin təminatı ilə bağlı qərar yoxdur”

6 İyul 2021 14:55
0 Şərh     Baxış: 2 654
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Kabildə Həmid Kərzai Beynəlxalq Hava Limanının istifadəsi və təhlükəsizliyinin təmini ilə bağlı qərar yoxdur, hazırda danışıqlar davam edir".

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.

Əfqanıstanı "Asiyanın ürəyi" və əhəmiyyətli bir ölkə olaraq dəyərləndirən nazir deyib ki, Türkiyə ordusu 6 ildir NATO-nun "Qətiyyətli dəstək" missiyası çərçivəsində Həmid Kərzai Beynəlxalq Hava Limanında fəaliyyət göstərir: "Türkiyə Silahlı Qüvvələri hazırda vəzifəsinə Kabil Təlim-Tədris Dəstək Məsləhət Komandanlığı səviyyəsində icrasına davam edir".

Qeyd edək ki, keçən ayın 24-də ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) nümayəndə heyəti Kabildə Həmid Kərzai Beynəlxalq Hava Limanının təhlükəsizliyinin təmin edilməsində Türkiyənin rolu müzakirə etməklə bağlı Türkiyədə səfərdə olub.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.