Dünya

Türkiyənin 3 vilayətində “Delta plus” ştammına yoluxma qeydə alındı

6 İyul 2021 13:28
0 Şərh     Baxış: 1 023
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin 3 vilayətində COVID-19-un "Delta plus" ştammına yoluxma qeydə alınıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.

Nazir bildirib ki, 3 fərqli bölgədə yaşayan 3 nəfərdə "Delta plus" ştammı aşkarlanıb. Onun sözlərinə görə, yoluxma hallarından biri İstanbulda qeydə alınıb.

F.Qoca yoluxan şəxslərin vəziyyətinin yaxşı olduğunu bildirib.

"Delta" ştammına yoluxma sayı artır. "Delta" ştammına yoluxma sayı aşkarlanan vilayətlərin sayı 30-a çatıb. İndiyədək 284 nəfər bu ştamma yoluxub", - deyə nazir əlavə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.