İstanbulda gənc qadın polis məmuru olan sevgilisindən ayrılığını həzm edə bilməyib və ondan özünəməxsus şəkildə qisas alıb.
Milli.Az haberler.com-a istinadən xəbər verir ki, ayrılığı qısqanclıqla qəbul edən qadın keçmiş sevgilisinə hamilə qaldığını, bununla kifayətlənməyib onun ailəsinə birlikdə çəkdirdiyi şəkilləri göndərib. Polis məmuru isə bu şantaj qarşısında prokurorluğa şikayət edib.
Məlumata görə, polis məmuru Gökhan K. sevgilisi Güner K.-nın psixoloji problemi olduğunu anladıqda münasibətə son verməyə qərar verib. İndi qadını bu hərəkətinə görə üç ilə qədər həbs cəzası gözləyir. Gənc qadın önümüzdəki günlərdə İstanbul Cəza Məhkəməsi Asliye Məhkəməsində hakim qarşısına çıxarılacaq.
Kamran Seyidov
Milli.Az