Çində son sutka ərzində 23 nəfərdə koronavirus aşkarlanıb, ölən olmayıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "worldometers.info"da məlumat verilib.
Bununla da ölkədə koronavirusa yoluxanların sayı 91 892-yə yüksəlib, ölənlərin sayı əvvəlki kimi 4 636-dır. Ümumilikdə 86 838 xəstə sağalıb.
Ölkədə 418 aktiv koronavirus xəstəsi var ki, onlardan da 5-nin vəziyyəti ağır qiymətləndirilir.
Milli.Az