Dünya

Afrikada koronavirusdan ölənlərin sayı 145 mini keçib

6 İyul 2021 08:38
0 Şərh     Baxış: 444
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Afrika ölkələrində koronavirusa yoluxanların sayı 5 666 152 nəfərə çatıb, bu virusdan ölənlərin sayı isə 145 594-ə yüksəlib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Regional ofisi məlumat yayıb.

Bildirilib ki, qitə üzrə 4,9 milyondan çox insan sağalıb.

Yoluxma və ölüm sayının çoxu Cənubi Afrikada Respublikasında qeydə alınıb - 2 062 896 yoluxma, 61 840 ölüm.

Misirdə isə 16 264 ölüm, 282 082 yoluxma hadisəsi təsdiqlənib.

Marokkoda koronavirusdan 9,319 nəfər ölüb.

Sonrakı yerləri müvafiq olaraq, Həbəşistan (276.435 yoluxma, 4.331 ölüm), Kenya (185.868 yoluxma, 3.675 ölüm) və Nigeriya (167.859 yoluxma, 2.121 ölüm) bölüşür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.