Dünya

Polis maşınını oğurladı - VİDEO

1 İyul 2021 05:19
0 Şərh     Baxış: 854
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Moskvada, naməlum bir şəxs yol polisinin xidməti avtomobilini oğurlayıb. Onun bu hərəkəti kameralara düşüb. 

Milli.Az avtosfer.az-a istinadən bildirir ki, Moskvanın mərkəzində polis xidmət başındaykən səhlənkarlıq göstərərək avtomobilini kilidləmədən tərk edib. Yaxınlıqdan keçən Kaluga sakini avtomobili oğurlamaq qərarına gəlib. 36 yaşlı Oleq Radçenko ətrafda heç kimin olmadığını görərək "Skoda Octavia" markalı polis maşınını sürüb gedib. Amma oğrunun bu hərəkəti kameralara düşüb və o, tez bir zamanda tutulub. Polis maşınını oğurlamaqda məqsədinin nə olduğuna bir izah gətirə bilməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.