Dünya

Ermənistan müharibədəki itkilərini AÇIQLADI

1 İyul 2021 22:24
0 Şərh     Baxış: 2 353
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistan ordusunun ikinci Qarabağ müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin hərbçiləri tərəfindən məhv edilmiş 3 783 əsgər və zabitinin meyiti və qalıqları bu ölkənin Səhiyyə Nazirliyinin müvafiq orqanları tərəfindən məhkəmə-tibb ekspertizasından keçirilib, daha 81 nümunə DNT ekspertizası mərhələsindədir.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə Ermənistanın Səhiyyə Nazirliyinin "Antifake.am"ın sorğusuna cavabında bildirilir.

Qeyd edilir ki, 2020-ci ilin 27 sentyabrından 2021-ci ilin 25 iyununa qədər məhkəmə-tibb ekspertizasından 3 783 meyit və qalıqlar keçirilib.

"25 iyuna olan məlumata görə, 81 nümunə DNT ekspertizası mərhələsindədir", - nazirlikdən bildirilib.

Qeyd edək ki, bütün bunlarla yanaşı, Ermənistan müharibədə itkin düşən hərbçilərini də axtarır. Ölkənin Müdafiə Nazirliyi itkilərlə bağlı yekun rəqəmi hələ də gizli saxlayır.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.