Dünya

Sedat Peker dəstəsinin 10 üzvü həbs edildi

29 İyun 2021 20:25
Baxış: 1 274
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyədə mütəşəkkil cinayətkar qruplar yaradaraq onlara rəhbərlik etməkdə təqsirləndirilən Sedat Pekerin işi ilə bağlı yeni detallar üzə çıxıb.

Milli.Az unikal.org-a istinadən bildirir ki, istintaq araşdırmaları nəticəsində 4 il əvvəl törədilmiş qalmaqallı bir qətllə bağlı yeni dəlillər aşkarlanıb.

Qeyd edilir ki, 4 il ərzində araşdırmalar aparılıb və 2017-ci ildə İstanbulda törədilmiş bir cinayətlə əlaqədar qaldırılmış istintaq işində Sedat Pekerin rəhbərlik etdiyi cinayətkar qrupa bağlı olduğu iddia edilən 13 şübhəlidən 10-u həbs olunub.

Xatırladaq ki, artıq bir müddətdir Sedat Pekerin adı Türkiyədə əsas müzakirə mövzusuna çevrilib. Mütəşəkkil cinayətkar qrup yararmaqda təqsirləndirilən və ölkəni tərk edən bu şəxsə qarşı artan maraq onun İnternetə yerləşdirdiyi videoları ilə izah olunur. Sedat Pekerin Dubayda olduğu deyilir. Əvvəllər isə, Türkiyədə bir neçə dəfə cinayət məsuliyyətinə cəlb olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.