Dünya

Quantanamo həbsxanası bağlanır?

29 İyun 2021 17:48
0 Şərh     Baxış: 940
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ağ Evin sözçüsü Cen Psaki Bayden administrasiyasının bədnam Quantanamo həbsxanasını bağlamaq niyyətini təsdiqləyib. Eyni zamanda, o, həbsxananın bağlanma tarixi ilə bağlı sualı cavablandırmaqdan çəkinərək, onu Pentaqona yönəldib.

Milli.Az sherq.az-a istinadən xəbər verir ki, Psaki qeyd edib ki, Bayden həqiqətən beynəlxalq terrorçular üçün həbsxananı bağlamaq istəyir və bu işdə tezliklə irəliləyiş əldə etməyə ümid edir.

"Müdafiə Nazirliyində konkret tarixlə bağlı daha dəqiq məlumatlar var. Ancaq prezident bunu etməyə qərarlıdır və biz bu məsələdə irəliləyiş gözləyirik", - deyə o, bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.