Dünya

Ermənistan XİN-ə o rəhbər gətirilə bilər

29 İyun 2021 13:14
0 Şərh     Baxış: 1 192
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistan Baş nazirinin müavini vəzifəsini icra edən Mher Qriqoryan XİN rəhbəri vəzifəsinə əsas namizədlərdən hesab olunur.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Joğovurd" qəzeti mənbələrinə istinad edərək məlumat verib.

"Hazırda seçim olaraq Baş nazir müavini vəzifəsini icra edən Mher Qriqoryan üzərində dayanılıb", - deyə məqalədə qeyd olunub.

Qriqoryanın namizədliyinin Rusiya siyasi quruluşu üçün məqbul olduğu və eyni zamanda kifayət qədər iş təcrübəsinə sahib olduğu bildirilir.

Qriqoryan "Joğovurd"un sözügedən xəbərini şərh edərkən belə bir məlumata saib olmadığını bildirib və gələcək hökumətin qurulması ilə bağlı şərh verməkdən imtina edib.

Xatırladaq ki, Ermənistanın sonuncu xarici işlər naziri Ara Ayvazyan 27 may tarixində vəzifəsindən istefa vermişdi.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.