Dünya

Cənubdan Rusiyaya terror təhdidi - Xəbərdarlıq

28 İyun 2021 19:10
0 Şərh     Baxış: 1 403
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Rusiya Tacikistanla sərhəddə terrorçularla mümkün hərbi toqquşmalara hazırlaşmalıdır.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu hərbi publisist Sergey İşenko deyib.

Onun sözlərinə görə, Rusiya ekstremist təşkilatların, xüsusən də Taliban hərəkatı silahlılarının təsirinin artdığı cənub istiqamətinə diqqət yetirməlidir:

"Şiddətli atışma onsuz da Düşənbədən üç saat uzaqlıqda davam edir".

Publisist hesab edir ki, ekstremistlərin təsirinin artması ilə oxşar vəziyyət digər keçmiş Sovet respublikalarında da müşahidə olunur.

İşenko qeyd edib ki, bunun fonunda Rusiya Müdafiə Nazirliyi Mərkəzi Hərbi Dairənin statusunu dəyişdirməyə və hərbi texnika təchizatına daha çox diqqət yetirməyə başlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.