Katolik kilsəsinin idarə mərkəzi olan Vatikan polşalı kardinal Stanislav Çivinsin Krakov Baş Yepiskopluğu dönəmində bəzi cinsi istismar faktlarını ört-basdır etməkdə ittiham olunmasını araşdırdığını açıqlayıb.
Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, II İohan Pavelin yaxın adamlarından olan kardinalın baş yepiskop olduğu dövrdə - 2005-2016-cı illərdə cinsi istismar faktlarının üstünü basdırması ittihamlarını araşdırmaq vəzifəsini kardinal Angelo Baqnaskoya həvalə edib.
Vatikanın Varşavadakı Səfirliyindən bildirilib ki, kardinalın Polşaya iyunun 17-dən başlayan səfəri bu gün başa çatıb.
Kardinalın topladığı materialları Vatikana təqdim edəcəyi gözlənilir.
Kardinal Stanislav Çivinsin isə haqqındakı ittihamları rədd etdiyi bildirilib.
Milli.Az