Dünya

Benksi simasını cəmiyyətə göstərmədiyi üçün çəkdiyi əsərlərinin əqli mülkiyyət hüququndan məhrum olub

23 İyun 2021 21:59
Baxış: 700
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Britaniyalı rəssam Benksi növbəti dəfə simasını cəmiyyətə göstərmədiyi üçün çəkdiyi əsərlərinin intellektual müəlliflik hüququndan məhrum olub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə "The Daily Telegraph" qəzeti Avropa İttifaqının Əqli Mülkiyyət İdarəsinin (EUIPO) iki qərarına istinad edərək xəbər verib.

Məlumatda qeyd olunub ki, budəfəki mübahisələrin səbəbi iki monoxrom qarafitti əsəri - "Bomba ilə qucaqlaşma" və "Aşiq olmuş siçan" olub. Beləliklə son 10 ayda Benksi yaratdığı 6 əsərin əqli müəlliflik hüququndan məhrum olub. Rəssam artıq "İndi gülümsə", "Əlində radar tutan siçan", "Əlində çətir tutan qız" və "Gül tullayan" rəsmlərin şəksiz sahibi sayılmır. Yəni rəsmləri Avropa Birliyi ərazisində istənilən şəxs pulsuz istifadə edə bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.