Dünya

Türkiyədə insanlar xəstəxanalıq oldu: Uşaqlar küçənin ortasında huşlarını itirdi

21 İyun 2021 12:14
Baxış: 1 618
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin İzmir şəhərinin Buca rayonunda xəstəxanalara müraciət edən çox sayda sakinə zəhərlənmə diaqnozu qoyulub.

Milli.Az Azsabah-a instinadən bildirir ki, zəhərlənənlərin əksəriyyəti uşaqlar və körpələr olub.

Sudan pis dad və qoxu gəldiyini deyən xəstələr ürəkbulanma və başgicəllənmədən şikayət ediblər.

"Beş uşağım küçənin ortasında huşunu itirdi. Xəstəxanaya gəldik, amma yer yox idi. Həkimlər hələ 5 gün uşaqların bu vəziyyətdə olacağını qeyd ediblər", - deyə uşaqlarını xəstəxanaya gətirən bir valideyn bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.