Dünya

Çində son 3 gündə uşaqlara 3-cü hücum

30 Aprel 2010 10:31
Baxış: 153
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Sinhua" agentliyinin məlumatına görə, bağçada qruplardan birinə girən kişi əlindəki çəkiclə uşaqlara zərbələr endirməyə başlayıb. Sonda isə öz üzərinə benzin töküb, iki uşağı da özünə sıxaraq, od vurub. Lakin tərbiyəçilər uşaqları yanan kişinin əlindən ala bilib.

İnsident zamanı 5 uşaq yaralanaraq xəstəxanaya yerləşdirilib. Kişi isə elə hadisə yerində aldığı yanıq yaralarından dünyasını dəyişib.

Xatırladaq ki, bu, son 3 gündə Çində sayca 3-cü anoloji hadisədir. İki gün əvvəl naməlum bıçaqlı şəxs orta məktəbə, dünən isə eyni növ silahla silahlanmış kişi bağçaya hücum edib. Hər iki halda xeyli uşaq yaralanıb və canilərin hər ikisi həbs edilib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.