Çin "Şencou-12" missiyasında iştirak edəcək kosmonavtları müəyyənləşdirib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Çinin "Şencou-12" ("Shenzhou-12") kosmik missiyasında iştirak edəcək əsas və ehtiyat kosmonavtlar müəyyənləşib.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, iyunun 17-də kosmosa göndərilməsi nəzərdə tutulan "Şencou-12" kosmik gəmisində Nie Hayşen, Liu Bomin və Tan Honbo iştirak edəcəklər. Cay Ciqan, Van Yapin və Ye Quanfu ehtiyat heyət kimi seçilib.
Çin Kosmos Agentliyinin açıqlamasına əsasən, kosmonavtlar Çinin kosmik stansiyasının quraşdırılması üçün ilk insan missiyanı həyata keçirəcəklər. Onlar kosmik stansiyada işləyəcək kosmonavtların orbitdə qalması, kosmik ehtiyatların artırılması, gəmi xaricində əməliyyatların təşkili üçün texniki xidmətlərin yoxlanılması kimi bir çox vəzifələri yerinə yetirəcək.
Bildirilir ki, heyətin kapitanı olan Nie Hayşen 2 dəfə, Liu Bomin bir dəfə kosmosa uçuş edib. Tan Honbo isə ilk dəfə kosmosa uçacaq.
Qeyd edək ki, Çinin kosmos proqramının vacib mərhələsi olan kosmos stansiyasının quraşdırılması üçün "Tianhe" adlı əsas modul və "Tiancou-2" yük modulu artıq orbitə çıxarılıb və onlar orbitdə birləşiblər.
"Şencou-12" kosmik gəmisi orbitdə "Tianhe" ilə birləşdirdikdən sonra kosmonavtlar modula keçərək fəaliyyətə başlayacaqlar. Kosmonavtların 3 aylıq fəaliyyətdən sonra xüsusi kapsulda "Donfen" eniş meydançasına enmələri nəzərdə tutulub.
İdarəetmə mərkəzi, heyətin yaşayış yeri və 2 laboratoriya kapsullarından ibarət olacaq stansiyanın ümumi çəkisi 70 ton olacaq. Quraşdırılması gələn ilin sonuna başa çatacaq kosmik stansiya aşağı Yer orbitində, təxminən 340-450 kilometr yüksəklikdə 10-15 il fəaliyyət göstərəcək. Stansiyanın quraşdırılması üçün 11 missiya həyata keçiriləcək ki, bunların 3-ü stansiyanın modullarının, 4-ü yük gəmilərinin və 4-ü isə kosmonavtların uçuşu üçün nəzərdə tutulub.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Türkiyəni silkələyən zəlzələnin görüntüləri yayıldı - (Video)
-
Rusiyada ayı turistə hücum etdi - Tanınmış məşqçi öldü
-
ABŞ və Çin arasında “ticarət atəşkəsi” uzadıldı
-
Ermənistandan Azərbaycana alüminium folqa ixrac edilib
-
Qazaxıstanda hərbi təlim faciə ilə nəticələndi: 9 hərbçi öldü
-
Türkiyədə güclü zəlzələ oldu
XƏBƏR LENTİ
-
İşdən çıxarılan icra başçısı kimdir? - Dosye
-
"Formula 1" üzrə Azərbaycan Qran-prisində qəza baş verib
-
Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib
-
Bakıda və bölgələrdə güclü külək gözlənilir - Xəbərdarlıq edildi
-
Mal əti yenidən bahalaşdı: Qiymətlər - (Video)
-
Azərbaycan Qran-Prisi: İkinci sərbəst yürüş başladı - (Yenilənib)
-
Qazaxda açıq ərazidə güclü yanğın
-
Böyük Qayıdışa dair II Dövlət Proqramının layihələri Prezident İlham Əliyevə təqdim edilib
-
İkardinin qayda pozuntusu baha başa gəldi – 73 illik qadağa
-
Əli Əsədov iclas keçirir
-
Türkiyəni silkələyən zəlzələnin görüntüləri yayıldı - (Video)
-
Bakıda yeni avtobus zolağı təşkil edildi
-
Ağcabədidə qadını bıçaqlamaqda həyat yoldaşı şübhəli bilinir
-
Bakıda Formula 2 üzrə ikinci sıralama turu başa çatıb - Yenilənib
-
Maşınınız duracağa aparılarsa, bu qədər pul ödəyəcəksiniz - Yeni qiymətlər
-
Azərbaycan XİN Qazaxstana başsağlığı verib
-
Zakir Həsənov Qazaxıstana başsağlığı verib
-
Rusiyada ayı turistə hücum etdi - Tanınmış məşqçi öldü
-
Fransa millisində Türkiyə oyunu öncəsi ciddi itki
-
Formula 2: Azərbaycan Qran-Prisində ilk sıralama turu yekunlaşıb - Yenilənib
-
ABŞ və Çin arasında “ticarət atəşkəsi” uzadıldı
-
Ermənistandan Azərbaycana alüminium folqa ixrac edilib
-
20 yaşlı polşalı futbolçu faciəvi şəkildə öldü
-
Xəyanətə uğradığını bildi, evi dağıtdı - (Video)





