Dünya

Rusiyada dizelin qiyməti tarixi maksimuma çatıb

16 İyun 2021 14:30
Baxış: 820
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sankt-Peterburq Beynəlxalq Əmtəə Birjasında (SPIMEX) dizel yanacağının dəyəri 2018-ci ildən bəri bütün müşahidələr tarixi dövrünün maksimumuna çatıb.

Milli.Az APA-ya istinadən bildirir ki, çərşənbə axşamı günü keçirilən ticarət sessiyası nəticəsində, milli indeksə görə, yay dizel yanacağının birja qiyməti 0,28% artaraq tonu üçün 52,615 rubla (0,73 ABŞ dolları) çatıb, ayın əvvəlindən indeks 2,21% artıb.

Rusiyanın daxili bazarında yanacaq qiymətlərini qoruyub-saxlamaq üçün dempfir mexanizmi yaradılıb. Ümumiyyətlə, benzin və dizel yanacağının ixrac qiyməti Rusiya daxilindəki şərti qiymətlərdən yüksəkdirsə, dövlət tərəfindən neft şirkətlərinə bu fərqin bir hissəsi kompensasiya edir. Rusiya daxilində qiymətlər ixrac qiymətlərindən yüksəkdirsə, neftçilər daxili yanacaq satışlarından əldə etdikləri qazancın bir hissəsini dövlətə köçürür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.