Dünya

Əfqanıstanda əhalini peyvəndləyən 4 həkim öldürülüb

15 İyun 2021 17:48
Baxış: 1 245
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əfqanıstanda əhalini poliomielitə qarşı peyvənd etmək istəyən dörd tibb işçisi öldürülüb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə ölkənin şərqindəki Nəngərhar vilayətində baş verib.

Bu gün səhər saatlarında silahlı şəxslər müxtəlif yaşayış məntəqələrində əhalinin poliomielitə qarşı peyvəndlənməsində iştirak edən həkimlərə hücum ediblər. Nəticədə dörd tibb işçisi öldürülüb, daha dörd həkim isə yaralanıb.

Hələ ki, heç bir silahlı qruplaşma hücuma görə, məsuliyyəti öz üzərinə götürməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.