Dünya

Putin: "NATO-nun Rusiya təlimləri ilə bağlı narahatlığını başa düşə bilmirəm"

15 İyun 2021 08:08
Baxış: 916
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Rusiya Prezidenti Vladimir Putin NATO-nun Rusiya ərazisindəki hərbi təlimlərlə bağlı narahatlıqlarını başa düşmədiyini bildirib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu fikri o, ABŞ-ın "NBC" telekanalına verdiyi müsahibəsində səsləndirib. Müsahibənin mətni Kremlin saytında yerləşdirilib.

"Bəs NATO-nu şərqə doğru genişləndirmək, infrastrukturunu sərhədlərimizə qədər yaxınlaşdırmaq nəyə lazım idi? İndi də deyirsiniz ki, guya biz özümüzü aqressiv aparırıq. Nəyə əsasən? Guya Sovet İttifaqının dağılmasından sonra da Rusiya Birləşmiş Ştatlar və digər Avropa ölkələri üçün hansısa təhlükə yaratdı? ... Biz böyük xərclərə getdik. Bəs bunun müqabilində nə qazandıq? İnfrastruktur burada, bizim sərhədlərimizdədir. Və deyirsiniz ki, biz kimisə təhdid edirik? Bəli, biz mütəmadi olaraq təlimlər keçiririk, eyni zamanda, silahlı qüvvələrimiz üçün gözlənilməz olan təlimlər də həyata keçiririk. Niyə bu, NATO müttəfiqləri arasında hansısa bir narahatlığa səbəb olmalıdır? Mən sadəcə anlamıram", - Putin belə deyib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.