Dünya

PKK Afrini atəşə tutub, azı 13 nəfər ölüb

12 İyun 2021 23:02
Baxış: 961
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

PKK silahlılarının Suriyanın Afrin şəhərinin mərkəzini və yerli xəstəxananı atəşə tutması nəticəsində azı 13 mülki şəxs həyatını itirib və çox sayda insan yaralanıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

"Tel-Rifat bölgəsində yerləşən terrorçular Afrinin mərkəzinə və Şifa xəstəxanasına artilleriya silahlarından atəş açıblar. Nəticədə 13 mülki şəxs həyatını itirib və çox sayda yaralı var", - deyə nazirliyin "Twitter" səhifəsində bildirilib.

"Anadolu" agentliyinin yazdığına görə, hücum zamanı azı 27 nəfər yaralanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.