ABŞ-ın Corciya ştatının Savanna şəhərində atışma baş verib.
Milli.Az APA-ya istinadən bildirir ki, hadisə nəticəsində 2 nəfər ölüb, 7 nəfər yaralanıb.
Hadisə yerli vaxtla saat 21:00 radələrində polis bölməsindən bir qədər aralıda qeydə alınıb.
Yaralılardan ikisinin vəziyyəti ağırdır. Onlardan biri 2 yaşlı uşaq, digəri isə 13 yaşlı yeniyetmədir.
Hadisəni törədən şəxs axtarılır, atışmanın hansı səbəbdən baş verdiyi məlum deyil.
Milli.Az