Ölkə

Dubaydan Bakıya qızıl külçə gətirmək istədi, gömrükdə saxlanıldı - FOTOlar

8 Oktyabr 2025 11:54
Baxış: 395
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi gömrük nəzarət tədbirləri nəticəsində qızıl külçələrin qanunsuz şəkildə gömrük sərhədindən keçirilməsinin qarşısı alınıb.

Milli.Az bu barədə Komitəyə istinadən xəbər verir.

Məlumata görə, Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşının əl yüklərinə gömrük yoxlaması tətbiq edilib. Yoxlama zamanı həmin şəxsin gödəkcəsində və əl çantasında gömrük nəzarətindən gizlədilən 37 ədəd "Pamp" markalı, ümumi təqribi çəkisi 365 qram qızıl külçə aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.