Hadisə

Toydan qayıdan musiqiçi ağır qəzada ÖLDÜ - FOTO

8 Oktyabr 2025 11:01
Baxış: 1 024
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Salyanda ölümlə nəticələnən ağır qəza olub.

Milli.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumatda deyilir. 

Bildirilib ki, Salyan rayonunun Yolüstü kəndində "Mercedes" markalı minik avtomobilinin avtoyuma məntəqəsinə çırpılması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş verib.

Yanğın nəticəsində avtomobilin yanar hissələri, ümumi sahəsi 120 m² olan avtoyuma məntəqəsinin dam örtüyünün taxta atmaları 3 m² sahədə və xarici divarından keçən elektrik kabeli 2 paq.m yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı sürücünün yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Obyektin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə nəticəsində həlak olan şəxsin 38 yaşlı Emil Asəf oğlu Əzizov olduğu məlum olub. Salyanın Qarabağlı kənd sakini olan Emil musiqiçi imiş. O, dünən axşam Ağcabədidə toyda iştirak edib və gecə saatlarında yaşadığı rayona qayıdarkən idarə etdiyi "Mercedes" markalı avtomobillə ağır qəzaya düşüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.