ABŞ-da atışma: 2 nəfər ölüb, 7 nəfər yaralanıb

12 İyun 2021 09:09

ABŞ-ın Corciya ştatının Savanna şəhərində atışma baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə nəticəsində 2 nəfər ölüb, 7 nəfər yaralanıb.

Hadisə yerli vaxtla saat 21:00 radələrində polis bölməsindən bir qədər aralıda qeydə alınıb.

Yaralılardan ikisinin vəziyyəti ağırdır. Onlardan biri 2 yaşlı uşaq, digəri isə 13 yaşlı yeniyetmədir.

Hadisəni törədən şəxs axtarılır, atışmanın hansı səbəbdən baş verdiyi məlum deyil.

Milli.Az