Türkiyə

Türkiyədə “Otelçilər Kralı” da saxlanıldı

8 Oktyabr 2025 10:26
Baxış: 573
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

İstanbul Cumhuriyyət Baş Prokurorluğu tərəfindən aparılan maliyyə cinayətləri və kriptovalyuta əməliyyatları üzrə istintaq çərçivəsində Antalyanın tanınmış turizm nümayəndələri saxlanılıb.

Milli.Az xəbər verir ki, "Otelçilərin Kralı" kimi tanınan və bir neçə otelin sahibi olan H.D. eləcə də Kəmər bölgəsindəki bir holdinqin rəhbəri İ.L. İstanbul Maliyyə Cinayətləri ilə Mübarizə Şöbəsi tərəfindən nəzarətə alınıb. Onlarla birlikdə 4 otel meneceri də ifadə vermək üçün İstanbula aparılıb.

Digər araşdırmada isə beynəlxalq tur operatoru N.K. və bacısı E.K. də çirkli pulların yuyulması işi ilə əlaqədar saxlanılıb.

Saxlanılan şəxslər Antalya turizm sektorunda böyük rezonans doğurub.

Asya
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.