Yaponiya hakimiyyət orqanları Olimpiada zamanı xarici mətbuatın hərəkətinə GPS vasitəsilə nəzarət edəcək
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yaponiya hakimiyyət orqanları Olimpiada zamanı koronavirusun yayılmasının qarşısını almaq üçün Tokioya gələn jurnalistlərin hərəkətinə GPS vasitəsilə nəzarət edəcək.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə "Tokio-2020" Olimpiya və Paralimpiya Oyunlarının təşkilat komitəsinin sədri Seyko Haşimoto iyunun 8-də bəyan edib.
S.Haşimoto qeyd edib ki, xarici mətbuat üçün ayrılacaq mehmanxana yerlərinin sayı təqribən 350-dən 150-dək azaldılıb. Bu, jurnalistlərin daha sıx və əlaqələndirilmiş şəkildə hərəkətinə imkan yaradacaq.
Təşkilat komitəsinin sədri bildirib ki, xarici jurnalistlər Yaponiyaya gəldikdən sonra iki həftə ərzində onlara ictimai nəqliyyatdan istifadə qadağan ediləcək, şəhərdə işçi səfərlər isə yalnız əvvəlcədən müəyyən edilmiş yerlərə komitənin əməkdaşlarının nəzarəti ilə həyata keçiriləcək.
"Tokio-2020"-nin təşkilat komitəsinin baş katibi Toşiro Muto iclasdan sonra təşkil edilmiş mətbuat konfransında bildirib ki, xarici jurnalistlərin hərəkətinə nəzarət, onun fikrincə mətbuat azadlığının məhdudlaşdırılması ilə əlaqələndirilməməlidir. T.Muto əlavə edib ki, GPS vasitəsilə nəzarət Yaponiyaya gəldikdən 14 gün sonra arardan qaldırılacaq.
Xatırladaq ki, Tokio Olimpiadası 2020-ci ildə keçirilməli idi, lakin koronavirus pandemiyasına görə yarışlar bir il müddətinə təxirə salınıb. Martda təşkilatçılar əcnəbi azarkeşlərin yarışlara buraxılmaması barədə qərar qəbul ediblər. Yapon tamaşaçılara gəlincə isə bu barədə qərar ölkədə koronavirusla bağlı vəziyyəti nəzərə almaq şərti ilə iyunda qəbul ediləcək.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Şəhidimizin adını daşıyan gəmi dronla vuruldu: Həlak olanlar Azərbaycan vətəndaşlarıdır - Təfərrüat - (Foto/Video)
-
Rusiya Xarkovu vurdu
-
Polis yük maşınını saxladı, içərisindən qadın meyitləri çıxdı
-
Rusiyada taun xəstəliyi yayılır? - Xəstəxanalar karantinə bağlandı
-
Rusiyada təyyarə qəzası: 8 zabit həlak oldu
-
Gəlin bəyin ayağına basmaq əvəzinə görün nə etdi - (Video)
XƏBƏR LENTİ
-
“Yaprak Dökümü”nün “Cem”inin son halı - (Foto)
-
Tovuzda ata oğlunu bıçaqlamaqda şübhəli bilinir
-
Eltəkin Ömərova yüksək vəzifə verildi
-
Prezident İlham Əliyevin dünya çempionu Əhməd Yusifovla səmimi söhbəti - (Foto)
-
Prezident İlham Əliyevin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirakına dair videoçarx paylaşılıb - (Video)
-
Ceyhun Bayramov və Marko Rubio Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər
-
Alim Qasımovdan Pünhana cavab: "Onu aldadıblar, durub danışıb"
-
İsa Həbibəyli iki xanıma yüksək vəzifə verdi - (Foto)
-
Zəngəzurda saxlanılan azərbaycanlı hərbçi İrəvana aparıldı
-
Azad edilən torpaqlarda çalışan müəllimlərlə görüş keçirilib - (Foto)
-
"Güləndə vicdan əzabı çəkirdim ki, utanmıram, niyə gülürəm?" - İlhamə Qasımova
-
Ardanın qiyməti rekorda qalxdı
-
Şəhidimizin adını daşıyan gəmi dronla vuruldu: Həlak olanlar Azərbaycan vətəndaşlarıdır - Təfərrüat - (Foto/Video)
-
"Belə kişidən boşanmaq lazımdır" - Nigar Mahmudova
-
Haqsızlıq görəndə susmurlar: Ədalət duyğusu ən güclü olan 3 bürc
-
Prezident İlham Əliyevin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
İlie Datku vəfat edib
-
Deputat Sevil Mikayılova Aruşada IPU-nun İcraiyyə Komitəsinin iclasında iştirak edib - (Foto)
-
“Yaprak dökümü”nün Hayriyesinin son halı - (Foto)
-
Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır
-
General Nizami Məmmədov haqda yekun qərar verildi
-
Bakıda məktəbli qətlə yetirilib, sinif yoldaşı tutulub
-
Lətif Kərimovun 120 illik yubileyi Vyanada “Azərxalça” ASC-nin xüsusi xalça sərgisi ilə qeyd olunub - (Foto)
-
“Numizmatik irsdə təbiət izləri: Orta əsr sikkələrində fauna təsvirləri” adlı mühazirə keçirilib - (Foto)





