Dünya

Rusiyada xəstəxananın reanimasiya şöbəsində yanğın olub, ölənlər var

9 İyun 2021 09:00
Baxış: 823
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın Ryazan şəhərində A.N.Semaşko adına xəstəxananın reanimasiya şöbəsində yanğın baş verib.

Trend-in məlumatına görə, bu barədə "TASS"a Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Məlumata əsasən, yanğın nəticəsində 3 nəfər həlak olub, 8 nəfər xəsarət alıb, 35 nəfər isə hadisə yerindən təxliyə edilib.

Bildirilir ki, xəsarət alan 8 nəfər şəhərin müxtəlif xəstəxanalarına çatdırılıb.

Yanğının səbəbi barədə məlumat verilmir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.