İtaliya hökuməti sentyabr ayına kimi ölkə əhalisinin 80 faizini peyvəndləməyi hədəfləyir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İtaliya hökuməti 12-15 yaş arası uşaqlar da daxil olmaqla ölkədə 54,3 milyon nəfəri sentyabr ayına kimi koronavirus əleyhinə peyvənd olunmasını hədəf alıb.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu, ölkə əhalisinin 80 faizi deməkdir. Vaksinasiya kampaniyası üzrə məsul hökumət komissarı Françesko Paolo Fiqliuolo bildirib ki, bu məqsədə nail olmaq üçün resurslar, zaman və vəsaitlərdən düzgün istifadə olunmalıdır.
Qeyd edilib ki, aktual pandemiya ssenarilərinə əsasən, ölkə sakinləri üçün peyvəndin üçüncü dozasına da ehtiyac yarana bilər. Bu tələbat bir sıra faktorlardan, xüsusilə də epidemioloji vəziyyətin inkişafından asılı olacaq.
Koronavirus pandemiyasının Avropada ən ağır zərbələrdən birini vurduğu İtaliyada hazırda vaksinasiya kampaniyası tam sürətlə irəliləyir və ölkə üzrə tətbiq olunan peyvənd dozalarının gündəlik miqdarı 600 mini ötüb. Eyni zamanda, koronavirusa yoluxma halları da azalır və iyunun 7-də yeni yoluxma hallarının sayı 1273 olub. Bu, 15 sentyabr 2020-ci ildən bəri ən aşağı yoluxma göstəricisidir.
İyunun 7-dən etibarən İtaliyanın 20 regionundan yeddisi "ağ zona" elan edilib və pandemiya ilə əlaqədar tətbiq edilən məhdudiyyətlər ən aşağı səviyyəyə endirilib. Digər regionlar isə iyunun 21-dək "sarı zona" olaraq qalacaqlar.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Vuçiç ilk dəfə Gürcüstanda
-
Tovuzda kanalda meyit tapılıb
-
Ağdamda çobanlar arasında dava qanla bitdi
-
Flora Kərimovanın səhhəti ilə əlaqədar “Bakı gecələri” konserti sentyabr ayına təxirə salındı
-
Sabah Məhərrəm ayı başlayır
-
Zaqatalada ağır qəza: Bir nəfər öldü
-
Həftəsonu 83 axtarışda olan şəxs saxlanılıb
-
Müdafiə naziri Milli Qurtuluş Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
-
Hakan Fidan Rusiyaya səfər edəcək
-
Bakıda narkokuryer saxlanıldı
-
Azərbaycan vasitəsilə Ermənistana buğda göndərildi - YENİLƏNİB
-
Sumqayıtda oğurluq edən qadın saxlanıldı
-
Efiopiyada ağır qəza: 28 nəfər öldü
-
16 ölkədə yüzlərlə yeni meymunçiçəyi halı aşkarlandı
-
Bacısını qətlə yetirən şəxs cəzadan azad edildi
-
Türkiyə Prezidenti Azərbaycanı təbrik etdi
-
Dövlət Məşğulluq Agentliyi fəaliyyət göstəricilərini açıqladı
-
Baş nazir Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
-
İzabel Akosta evində ölü tapıldı
-
Cennifer Lopez boşandığı ərindən danışıb kövrəldi
-
Bakıda torpaq bazarında yeni qiymətlər açıqlandı
-
Xəstəxanaya yerləşdirilən Flora Kərimova ilə arxiv FOTOsunu yaydı
-
Mahir Emreli üçün “Kayzerslautern”ə təklif göndərdilər
-
"Kaş meyxana deməzdik" - Aydın Xırdalanlı barədə ETİRAF





