Dünya

Qəbilələr arasında toqquşmalar: 36 ölü

8 İyun 2021 07:15
Baxış: 350

Sudanın Cənubi Darfur ştatında qəbilələr arasında toqquşmalar nəticəsində ən azı 36 nəfər ölüb, 32 nəfər yaralanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, Cənubi Darfur qubernatoru Musa Mehdi deyib: "Cənubi Darfurun Mandava, Marmasa və Majanqari bölgələrində qəbilələr arasında yeni qarşıdrumalar başlayıb".

Bildirilir ki, 5-6 iyun tarixlərində falata və al-tayşa qəbilələri arasında genişmiqyaslı döyüşlər baş verib.

Xatirladaq ki, Sudanın Darfur ştatında 2003-cü ildən vətəndaş müharibəsi gedir. Cari ilin aprelində Qərbi Darfur ştatının mərkəzi olan Geneyndə baş verən qarşıdurma nəticəsində 137 nəfər öldürülüb, 221 nəfər yaralanıb.

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.