Dünya

“Bayden Cenevrədə yalnız Putinlə görüşməyəcək” - Psaki

3 İyun 2021 22:32
Baxış: 953
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"ABŞ Prezidenti Co Bayden bu ayın sonunda Cenevrədə yalnız Rusiya Prezidenti Vladimir Putinlə deyil, İsveçrə rəhbərliyi ilə də görüşəcək".

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Ağ Evin Mətbuat katibi Cen Psaki yazılı açıqlamasında bildirib.

"Daha əvvəl elan edildiyi kimi, Prezident Bayden 16 iyun tarixində Cenevrədə keçiriləcək zirvə görüşü çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək. Cenevrədə olduğu müddətdə Prezident, həmçinin İsveçrə Prezidenti Qi Parmelenlə və xarici işlər naziri İynazio Kassislə də görüşəcək", deyə Psaki əlavə edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.