Dünya

Süni qaralma prosedurunu sərxoş həyata keçirən qadın acı nəticələri göstərdi - FOTO

1 İyun 2021 09:29
Baxış: 1 333
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Süni qaralma prosedurunu sərxoş həyata keçirən qadın bu addımın acı nəticəsini sosial şəbəkədə paylaşdıqdan sonra məşhurlaşıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, sosial şəbəkə istifadəçisi Amberin sözlərinə görə, qonaqlıqdan sonra evə gəlib və səhər "qızıl ilahə" kimi oyanmaq üçün süni qaraldan vasitədən istifadə edib. Lakin yatanda vasitəni yumağı unudub.

Ertəsi gün isə onun bədəni ləkələrlə örtülüb, dərisi isə torpaq rəngi alıb.

Paylaşım az müddətdə sosial şəbəkədə virus kimi yayılıb, videoya yüz minlərlə baxış olub. İstifadəçilər hadisəni gülüşlə qarşılayaraq, onların da başına belə şeylərin gəldiyini bildiriblər.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.