Dünya

Bosforda gəmilərin hərəkəti bərpa edilib

29 May 2021 08:28
Baxış: 499
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Mayın 28-də İstanbul (Bosfor) Boğazında xam neft daşıyan tankerdə baş verən qəza ilə əlaqədar gəmilərin hərəkəti müvəqqəti olaraq dayanıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Xorvatiya bayrağı altında üzən "Rava" adlı 249 metr uzunluqda olan tankerdə yaranan nasazlıq nəticəsində sürətə nəzarət itib.

"Qurtarma-8 Römorkör" və Sahil Təhlükəsizliyi Ümumi Müdirliyinə məxsus sürətli qurtarma qayığı hadisə yerinə yönəldilib. Tanker sahildən 300 metrədək məsafədə dayandırılıb.

Tanker ərazidən uzaqlaşdırıldıqdan sonra gəmilərin fəaliyyəti yerli vaxtla 22.00-da bərpa olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.