Dünya

Yollar, körpülər bağlandı: Ordu hərəkətə keçdi - Hərbi çevriliş həyəcanı yaşanır

28 May 2021 10:50
Baxış: 7 640
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İraqın paytaxtı Bağdadda Həşdi Şabi silahlıları bir sıra körpüləri və mərkəzi yolları nəzarətə götürüb.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, buna səbəb qruplaşmanın komandanlarından olan Kasım Muslih əl-Hafacinin həbs edilməsidir. Komandanın azad edilməsini tələb edən Həşdi Şabi üzvləri diplomatik nümayəndəliklərin yerləşdiyi "Yaşıl bölgəyə" də basqınlar təşkil edir.

Baş nazir Mustafa Kazımiyə güc nümayiş etdirən İranın dəstəklədiyi silahlılar, hərbi çevriliş mesajları verirlər. Təhdidlərdən sonra hökumət başçısının təlimatı ilə ordu qüvvələri də "yaşı bölgəyə" cəlb edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.