Sağlamlıq

Təzyiqi salan səhər yeməyi: Həkimlər sadə resept açıqladı

26 Sentyabr 2025 19:25
Baxış: 404
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Qarğıdalı kəpəyi və çia toxumu ilə qatıq təzyiqi azaldır".

Milli.Az xəbər verir ki, bu barədə həkim və televiziya aparıcısı Yelena Malışeva və onun həmsöhbətləri kardioloq Herman Qandelman, oftalmoloq Mixail Konovalov danışıblar.

M.Konovalov bildirib ki, lif qan təzyiqini aşağı salmağa kömək edir. Malışeva əlavə edib ki, bu maddə ən çox qarğıdalı kəpəyində və çia toxumunda olur.

Aparıcı bu məhsullardan sadə bir səhər yeməyi hazırlamağı məsləhət görüb. Onun sözlərinə görə, bir xörək qaşığı qarğıdalı kəpəyi və bir xörək qaşığı çia toxumunu qatığa əlavə edib qarışdırmaq, üzərinə bir az giləmeyvə qoymaq kifayətdir.

"Bunu sınayın. Həm təzyiqi salın, həm də xolesterini", - deyə H.Qandelman bildirib. (ölkə.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.