Ət əvəzinə bu məhsulları yemək olar - Eyni effekti verir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qırmızı və emal olunmuş ətin bir hissəsini paxlalılarla (soya istisna olmaqla) əvəzləmək ürək-damar sağlamlığına müsbət təsir göstərə bilər.
Milli.Az xəbər verir ki, bu barədə Finlandiyanın Helsink Universitetinin alimləri məlumat verib. Araşdırmanın nəticələri European Journal of Nutrition (EJN) jurnalında dərc olunub.
Tədqiqatda 21-61 yaş arası 102 sağlam kişi iştirak edib. Könüllülər iki qrupa bölünüb. Birinci qrup həftəlik təxminən 760 qram qırmızı və emal olunmuş ət (mal əti, donuz əti, sosis, bekon və s.) qəbul edib. İkinci qrup isə həftəlik 200 qram ət yeyib, əsas zülal mənbəyi kimi paxlalılardan istifadə edib.
Nəticələr göstərib ki, paxlalılarla qidalanan qrupda pəhriz lifi, doymamış yağ turşuları və dəmirin miqdarı artıb. Eyni zamanda, onların orqanizmində ümumi xolesterin və "pis" xolesterin (LDL) səviyyəsi azalıb. Bununla yanaşı, bu şəxslərdə bədən çəkisi və bədən kütlə indeksi də (BKİ) mülayim şəkildə aşağı düşüb.
Mütəxəssislərin sözlərinə görə ətin qismən paxlalılarla əvəzlənməsi ürək-damar xəstəliklərinin, o cümlədən infarkt və insult riskinin azaldılmasında mühüm rol oynaya bilər. Alimlər vurğulayırlar ki, artıq çəki və damar divarlarında xolesterin yığılması bu xəstəliklərin əsas risk faktorlarıdır.
İsmayıl
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Meksika turistlərdən 9 dollar vergi alacaq
-
Dərmanları bu iki yerdə saxlamayın
-
İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
-
Soyuducunu bu vasitə ilə təmizləməyin
-
Qız övladı atanın ömrünü uzadır
-
Balığın sümüyü boğazınızda qalsa, bu səhvi etməyin
-
Gavalı və digər meyvələrlə bişirilən toyuq budu resepti
-
Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - (Video)
-
Yasamal və Xəzər rayonlarında işıq olmayaacq
-
Elçin Sanqu 4 ildən sonra qayıdır
-
Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
-
Azərbaycan yaxın 4 ildə Qarabağ və Şərqi Zəngəzura 13,2 milyard manat xərcləyəcək
-
Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
-
Ceyhun Bayramov Hakan Fidanla Azərbaycan-Türkiyə münasibətlərini müzakirə edib
-
Nikolas Maduro və xanımı məhkəmədə özlərini təqsirli bilməyiblər
-
Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq
-
XİN: Azərbaycanın AQEM-ə sədrliyi 2028-ci ilədək uzadılıb
-
Günün qoroskopu: Hazırcavablığınız və cazibəniz potensial tərəfdaşı cəlb edə bilər
-
Alişanın evini də su basdı - (Foto)
-
Azərbaycana gözlənilməz hava gəldi: 50 il davam edəcək
-
Gənc Tamaşaçılar Teatrında “Qodo həsrətində” adlı tamaşanın premyerası keçirilib - (Foto)
-
Elza başına quş yumurtası qoydu - (Foto)
-
"Milan"dan asan qələbə
-
ABŞ İrana qarşı sanksiyaları genişləndirib





