Dünya

Netanyahu BMT-də “Düşmən ölkələr” xəritəsi ilə – Siyahıda sürpriz ölkə də var - FOTO

26 Sentyabr 2025 21:36
Baxış: 434
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

BMT Baş Assambleyasında çıxış edən İsrailin Baş naziri Benyamin Netanyahu sərt etirazlarla qarşılanıb. O, kürsüyə "düşmən ölkələr" adı altında hazırladığı xəritə ilə çıxıb. Xəritədə İran, Suriya və Yəmənlə yanaşı İraqın da qırmızı ilə işarələnməsi diqqət çəkib. Bu, "İsrailin yeni hədəfi İraq olacaqmı?" suallarını gündəmə gətirib.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, Netanyahu tribunada görünən kimi, bir çox nümayəndə etiraz olaraq iclası tərk edib. Baş nazir isə boş salonda öz çıxışını davam etdirib.

Nyu-Yorkdakı BMT binasının qarşısında toplaşan etirazçılar isə içəri daxil olan nümayəndə heyətlərinə "Niyə Netanyah-nu dinləməyə gedirsiniz?" - deyə suallar ünvanlayıblar.

Lalə Qüdrətova
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.