Ölkə

Bu ərazilərdə işıq olmayacaq

26 Sentyabr 2025 21:13
Baxış: 305
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bakı şəhər Nəsimi rayonu Enerji Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan bəzi ərazilərin elektrik şəbəkələrində 27 sentyabr gecə saatlarında təmir işləri aparılacaq.

Milli.Az xəbər verir ki, bununla bağlı "Azərişıq" ASC məlumat yayıb.

Bildirilib ki, bununla əlaqədar saat 02:00 - 03:00 aralığında Nəsimi rayonunun Füzuli, Rəşid Behbudov, Səməd Vurğun, Süleyman Rəhimov, Salatın Əsgərova, Mərdanov Qardaşları, Şəmsi Bədəlbəyli, Dilarə Əliyeva, Bəşir Səfəroğlu, Həzi Aslanov və Mirzə İbrahimov küçələrində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

İşlər başa çatdıqdan sonra sözügedən yaşayış məntəqələri daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.