Dünya

Gürcüstanda Hindistan ştammı aşkarlandı

27 May 2021 23:36
Baxış: 724
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gürcüstanda koronavirusun Hindistan ştammına yoluxma halları aşkarlanıb.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzi məlumat yayıb.

Bildirilib ki, COVID-19-un təhlükəli növünün aşkarlandığı 5 nəfər Gürcüstana fərqli tarixlərdə daxil olub. Müxtəlif ölkə vətəndaşları olan həmin şəxslərin 3-ü artıq Gürcüstanı tərk edib. Digər iki nəfər təcrid olunub. Onların vəziyyətinin qənaətbəxş olduğu deyilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.