Dünya

Koçaryandan gözlənilməz açıqlama: “Qarabağ probleminin həllinin açarı təkcə Rusiyada deyil”

25 May 2021 18:36
Baxış: 2 276
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Qarabağ probleminin həllinin açarı təkcə Rusiyada deyil".

Bu fikirlər Ermənistanın ilk prezidenti Ter-Petrosyana məxsusdur. Sabiq dövlət başçısı Robert Koçaryan isə Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın fikri ilə razı deyil.

Milli.Az konkret.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə o jurnalistlərə açıqlamasında bildirib.

"Hayastan" blokunun lideri Petrosyanın bu yanaşmasını həddindən artıq sadə adlandırıb: "Bu həmin sual deyil. Həll yolunun açarı bir yerdə ola bilməz. Bu, çox sadələşdirilmiş bir təfsirdir. Münaqişə tərəfləri, iştirak edən oyunçular və üç həmsədr var".

Koçaryan Rusiyanın bu müddətdə, xüsusən son hadisələr fonunda əhəmiyyətli rolu ilə seçildiyi gizlətməyib. Lakin problemin həlli açarının yalnız bir yerdə olduğunu düşünmək, onun fikrincə çox primitivdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.